Yevlaxda yol qəzası baş verib.
“SizinZaman”ın məlumatına görə, hadisə Qoyunbinəsi kəndi yaxınlığında baş verib. Belə ki, “Mercedes” markalı minik maşınının iştirakı ilə baş tutan qəzada bir neçə nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları və həkim briqadası cəlb olunub.
Faktla bağlı araşdırma başlanıb.