Dünya

Türkiyə ilə münasibətlərdə yeni səhifə açırıq” – Misir Prezidenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə rəsmi səfəri çərçivəsində Qahirədə ölkə prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək və geniş tərkibdə görüş keçirib.

“SizinZaman” xəbər verir ki, danışıqlardan sonra dövlət başçıları Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarının yenidən öz fəaliyyətini bərpa etməsinə dair Birgə Bəyannaməni imzalayıblar.

Türkiyə Misirin Şimali Afrikadakı ilk ortağıdır. Ankara ilə əlaqələrimiz günü-gündən artır. Yaxın gələcəkdə Türkiyə ilə 15 milyard dollarlıq ticarət dövriyyəsinə çatmağı hədəfləyirik. Prezident Ərdoğanın dəvətilə apreldə Türkiyəyə səfər etməyi səbirsizliklə gözləyirəm. Biz Ankara ilə münasibətlərdə yeni səhifə açırıq”, – deyə sənədlərin imzalanması mərasiminin ardından çıxış edən Misir Prezidenti bildirib.

O, Qəzzada atəşkəs məsələsində Türkiyə ilə tam razılığı, Liviya probleminə dair isə ölkələr arasında məsləhətləşmələrin gücləndiriləcəyini qeyd edib.

Xatırladaq ki, Ərdoğan son 12 ildə ilk dəfə olaraq Misirə səfər edib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin