Dünya

“Salome Zurabişvili vətənə xəyanət edib” – İrakli Qaribaşvili

“Mən artıq hökumətin başçısı olmadığıma və partiyanın rəhbəri olduğuma görə, özümə icazə verəcəyəm və birbaşa deyəcəyəm – Salome Zurabişvili vətənə xəyanət edib”.”SizinZaman” xəbər verir ki, bunu “Gürcü Arzusu”nun sədri İrakli Qaribaşvili jurnalistlərin sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, prezident dövlətimizin maraqlarına xidmət etmir. “O, konstitusiyanı dəfələrlə çox kobud şəkildə pozub və indi də pozur. Avropada böyümüş bir xanımdan, komandamızın irəli sürdüyü bir prezidentdən belə davranış görmək ayıbdır. Xanım Salome Zurabişviliyə xatırlatmalıyam ki, onun reytinqi 1% olub və cənab Bidzina İvanişvili və “Gürcü Arzusu” onu prezident ediblər. Bu şəxs həm komandaya, həm də dövlət maraqlarına xəyanət edib. Onun səfəri bunun daha bir təsdiqidir. O, ölkənin statusu alması üçün heç nə etmədi, məqsədi hakimiyyətin xalqla gətirdiyi bu böyük uğuru birtəhər əlindən almaq idi. O, burada da fiaskoya uğradı, özü də radikal ekstremist müxalifətin yanında dayanmağı seçdi. O müxalifətlə birlikdə böyük məğlubiyyəti qeyd edəcək”, – Qaribaşvili bildirib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin