Cəmiyyət

Zəlzələlərlə bağlı narahatçılığa əsas yoxdur” – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Xəzər dənizində 3,4; 3,2 və 3,3 bal gücündə zəlzələlər baş verib. “SizinZaman” xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızının sözlərinə görə, baş verən zəlzələlər qorxulu deyil:“Bu saata qədər Xəzər dənizində qeydə alınan hər üç zəlzələ zəif zəlzələlərdir və beynəlxalq razılaşmaya əsasən biz maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında ictimaiyyətimizi həm saytımız, həm də sosial şəbəkə hesablarımız vasitəsi ilə məlumatlandırırıq. Bunlar zəif zəlzələlər olduğuna görə, hər üç zəlzələ ilə bağlı narahatçılığa əsas yoxdur. Əksinə, belə xırda təkanların olması zəlzələ ocaqlarında enerji yığılmasını zəiflədir və enerji boşalması gedir”, – deyə qurum rəsmisi bildirib. 

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər