Cəmiyyət

Türk Dövlətləri Təşkilatının zirvə görüşü Şuşada keçiriləcək

Türk Dövlətləri Təşkilatının zirvə görüşü bu il iyul ayında Şuşa şəhərində keçiriləcək.”SizinZaman” xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib. “Türk Dövlətləri Təşkilatının zirvə görüşü Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada iyul ayında keçiriləcək. Bir sonrakı mərhələdə can Azərbaycanla qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində sərgilədiyimiz yolumuza davam edəcəyik. Əziz qardaşımın timsalında bütün Azərbaycan xalqına 6 fevral zəlzələsində göstərdiyi əzəməyə görə təşəkkür edirəm. Azərbaycan digər yardımları ilə bərabər, Kahramanmaraşda 320 hektarlıq ərazidə min ədəd mənzil və 799 iş yeri inşa edir”, – deyə Türkiyə lideri qeyd edib. 

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər