Cəmiyyət

Sabah yağış yağacaq

Fevralın 21-də Azərbaycanda havanın yağıntılı olacağı, bəzi yerlərə qar yağacağı gözlənilir.”SizinZaman” xəbər verir ki, bu barədə Milli Hidromoterologiya Xidməti məlumat yayıb.Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.Azərbaycanın rayonlarında havanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər