Cəmiyyət

Azərbaycanlı “kriminal avtoritet” ABŞ-yə ekstradisiya olundu

Çexiya Azərbaycan əsilli Gürcüstan vətəndaşı Polad Ömərovu ABŞ-yə ekstradisiya edib.”SizinZaman” xarici mediaya istinadən xəbər verir ki, Amerika hüquq-mühafizə orqanları “kriminal avtoritet”i sifarişli qətlin təşkilində, çirkli pulların yuyulması, qəsb, reketçilik və bir sıra digər cinayətlər törətmək üçün sui-qəsddə şübhəli bilirlər.Fevralın 21-i səhər Praqada hava limanında Amerika heyətinə təhvil verilib.Ömərovun ekstradisiyasına məhkəmədə etiraz etmək cəhdləri uğursuz alınıb.Gürcüstan vətəndaşlığı olan azərbaycanlı ötən ilin əvvəlində beynəlxalq həbs qərarı əsasında Çexiya polisi tərəfindən saxlanılıb. O vaxtdan Ömərov həbsdədir. Mayın sonunda Praqa Şəhər Məhkəməsi Ömərovun ABŞ-yə, həmçinin onun ekstradisiyasını istəyən Gürcüstan və Qazaxıstana ekstradisiya edilməsinə qərar verib.Hakim Gürcüstan vətəndaşının ABŞ-yə ekstradisiyasına icazə verilməsini onunla əsaslandırıb ki, bu ölkədə təqiblər siyasi xarakter daşımır və orada təqsirləndirilən şəxslər ölüm cəzası ilə üzləşmir.ABŞ prokurorlarının iddiasına görə, Ömərov ABŞ-də yaşayan iranlı jurnalist və qadın hüquqları müdafiəçisi Məsumə “Masih” Alinejadın qətlini planlaşdırıb.Ömərovu ABŞ-də ömürlük həbs cəzası gözləyir. 

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər