Ankarada ata yeddi yaşlı oğlunu girov götürüb.”SizinZaman” Türkiyə mətbuatına istinadən xəbər verir ki, azyaşlı hüquq-mühafizə orqanlarının əməliyyatından 12 saat sonra xilas edilib.Psixoloji problemləri olduğu və narkomaniyadan əziyyət çəkdiyi iddia edilən 35 yaşlı H.V-nin üzərində silah aşkarlanıb. Oğlan isə anasına təhvil verilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Silahlı ata 7 yaşlı oğlunu girov götürdü – VİDEO
