Xaçmaz rayonunda intihar hadisəsi baş verib.”SizinZaman“ın məlumatına görə, rayonun Maqsudkənd kənd sakini, 1993-ci il təvəllüdlü Qəhrəmanov Yusif Qəhrəman oğlu özünü asaraq intihar edib.Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.Hadisə ilə bağlı araşdırma aparılır.
Xaçmazda 31 yaşlı kişi özünü asdı
