Belarus prezidenti Aleksandr Lukaşenko 7-ci dəfə prezident seçkilərində iştirak edəcək. “SizinZaman” TASS-a istinadən xəbər verir ki, bu barədə o bu gün keçirilən vahid səsvermə günündə deyib. O, parlament və yerli şuralara seçkilərdə səs verdikdən sonra seçki məntəqəsində jurnalistlərə deyib: “Seçkiyə gedəcəyəm, gedəcəyəm, gedəcəyəm…”.Qeyd edək ki, Belarusda prezident seçkiləri 2025-ci il 20 iyuldan gec olmayaraq keçirilməlidir.
Lukaşenko 7-ci dəfə prezident olmaq istəyir
