“Real”ın yarımmüdafiəçisi Lukas Vaskes VAR sisteminin tənqid edib. “SizinZaman” “Relevo”ya istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi VAR-ın futbolu çirkləndirdiyini bildirib:“VAR-ın gəlişi ilə mübahisələrin bitəcəyini düşünürdük, amma bunlar daha da çoxalıb. İspan futbolunda hakimlər yüksək səviyyəlidir, lakin VAR-ın gəlişi ilə hər şey çirkaba batdı”. Qeyd edək ki, Lukas Vaskes “Real”da 4 dəfə Çempionlar Liqası və İspaniya Superkubokunu, 3 dəfə Klublararası dünya kubokunu, UEFA Superkubokunu və La Liqanı, bir dəfə isə İspaniya kubokunu qazanıb.
“VAR-ın gəlişi ilə futbol çirkaba batdı”
