Dünya

Zelenski Səudiyyə Ərəbistanına getdi

Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.”SizinZaman” xarici KİV-ə istinadən xəbər verir ki, o, vəliəhd şahzadə Məhəmməd bin Salman əl Səud ilə danışıqlar aparmağı planlaşdırır.Ukrayna prezidenti sosial şəbəkələrdə yazıb ki, danışıqların mövzusu “Sülh formulu” olacaq. Onun sözlərinə görə, keçən il Ciddədə onun həyata keçirilməsi üzrə məsləhətçilər səviyyəsində məhsuldar görüş keçirilib.“Sülh formulu” 10 bənddən ibarətdir və digər məsələlərlə yanaşı, Rusiya qoşunlarının Ukraynanın bütün beynəlxalq səviyyədə tanınmış ərazisindən, o cümlədən Krımdan çıxarılması, hərbi cinayətkarların cəzalandırılması və təzminat ödənilməsi daxildir. Ukrayna gələcəkdə dünya liderlərinin müharibənin həlli üçün bu ümumi prinsipləri təsdiq edəcəyi genişmiqyaslı beynəlxalq sammit keçirməyə ümid edir.Zelenski Səudiyyə Ərəbistanında danışıqların başqa mövzusu kimi “məhbusların və deportasiya edilənlərin qaytarılmasını” göstərib. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin