Cəmiyyət

Bu quruma yeni müavin təyin olunacaq

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə icraçı direktorun müavini təyin olunacaq.

Təyinatın qarşıdan gələn günlərdə həyata keçiriləcəyi gözlənilir.Qeyd edək ki, Mərkəzdə əvvəllər icraçı direktorun müavini postu mövcud olmayıb. Ötən gün Nazirlər Kabinetinin qərarı ilə bu vəzifə təsis edilib. Mərkəzin işçilərinin say həddi 20-dən 21-ə qaldırılıb. Yeni qərarla müavinin aylıq vəzifə maaşı isə 2458 manat müəyyənləşib.
Xatırladaq ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2014-cü ildə yaradılıb. Mərkəz azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq və təşviq edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir.//İqtisadiyyat.az 

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər