Cəmiyyət

Gəncədə dilənçilər saxlanıldı

Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Unikal”a məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.Təbir zamanı ümumilikdə 20 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib. Qeyd edək ki, cari ilin fevral ayında keçirilən tədbirlər nəticəsində ümumilikdə 100 yaxın tüfeyli həyat tərzi keçirənlər və dilənçilər barəsində qanunamüvafiq tədbir görülüb.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər