İdman

“Qarabağ” səfərdə “Qəbələ”ni darmadağın etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turdan təxirə salınmış oyun keçirilib.”SizinZaman” xəbər verir ki, “Qəbələ” doğma meydanda lider “Qarabağ”ı qəbul edib. Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.Matçda bütün qollar ikinci hissədə vurulub. Hesabı 47-ci dəqiqədə Adama Diakabi açıb. Hesabda geri düşən “qırmızı-qaralar” 52-ci dəqiqədə azlıqda qalıblar. Feras Abu Akal birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 59-cu dəqiqədə Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. Cəmi 6 dəqiqə sonra Nəriman Axundzadə 3-cü topu meydan sahiblərinin qapısından keçirib. Son nöqtəni isə 80-ci dəqiqədə Marko Yankoviç qoyub.Bu qələbədən sonra xallarını 57-yə çatdıran “Qarabağ” zirvədəki yerini möhkəmlədib. “Qəbələ” isə 15 xalla sonuncu pillədə qərarlaşıb.Qeyd edək ki, bu matç Kaxaber Sxadadzenin “Qəbələ”yə baş məşqçi təyin olunduqdan sonra ilk oyunu olub.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata