Dünya

Niderland Ukrayna üçün 9 ədəd özüyeriyən haubitsa alıb

Niderland Çexiyanın “Excalibur Army” silah şirkətindən Ukrayna üçün 9 ədəd “Dita” özüyeriyən haubitsa sifariş edib.“SizinZaman”  xəbər verir ki, bu barədə CTK informasiya agentliyi Niderlandın Çexiyadakı səfirinə istinadən məlumat yayıb.Məlumata görə, haubitsalar Niderlandın Çexiyanın iki müdafiə şirkəti tərəfindən həyata keçirilən böyük sifarişinin bir hissəsidir. Müqavilələrin dəyəri göstərilmir.Niderland daha əvvəl Çexiyadan 100 ədəd “MR-2 Viktor” hava hücumundan müdafiə sistemi sifariş edib ki, bu sistemlər əsasən pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün nəzərdə tutulub. Niderland həmçinin ABŞ və Danimarka ilə birlikdə Ukrayna Silahlı Qüvvələri üçün 100 ədəd “T-72” tankının modernləşdirilməsini maliyyələşdirib.“Dita” haubitsası təkərli şassi üzərində artilleriya qurğusudur. Silahın çapı 155 mm, atəş məsafəsi 39 km-dir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin