Cəmiyyət

Bu hava şəraitində insult keçirmə riskiniz daha yüksəkdir

Yüksək temperatura uzun müddət məruz qalma kəskin işemik insult riskinin artması ilə əlaqələndirilir.”SizinZaman” xəbər verir ki, bu barədə  “JAMA Network Open” jurnalında araşdırma dərc olunub.Təhlildə Çindən olan kəskin işemik (qan laxtalanması nəticəsində yaranan) insult keçirmiş 82 min xəstə iştirak  edib. Məlumatlar 2019-cu ildən 2021-ci ilə qədər toplanıb. Alimlər xəstələrin yaşı, siqaret çəkmə tarixi, spirt istehlakı, cinsi, yaşayış bölgəsi və xəstəliyinə görə düzəlişlər ediblər.Tədqiqatçılar müəyyən ediblər ki, kəskin işemik insult riski yüksək temperaturda daha yüksəkdir. Nəticələr qlobal iqlim dəyişikliyi şəraitində yaşlı insanların yüksək temperaturdan qorunmasının vacibliyini vurğulayır.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər