Bakıda tıxac yaranan yolların adları açıqlanıb.”SizinZaman” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;4. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;6. “20 Yanvar” dairəsində;7. Babək prospekti, mərkəz istiqamətində;8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;9. Gülarə Qədirbəyova küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;10. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;12. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);13. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.