Dünya

UEFA Çempionlar Liqasının reqlamentində dəyişiklik edilib

UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün reqlamentində müəyyən dəyişikliklər edilib.”SizinZaman” xəbər verir ki, bu barədə qitə futbol qurumu məlumat yayıb.Belə ki, növbəti mövsümdən UEFA reytinqində ilk 2 yerdə qərarlaşan ölkələrin çempionatını 5-ci pillədə başa vuran 2 komanda Çempionlar Liqasında oynamaq imkanı əldə edəcək.Hazırda klub reytinqində ilk 2 yerin sahibi İtaliya və Almaniyadır. Cari gedişata əsasən 5-ci yerin sahibi İtaliya çempionatında “Roma”, Almaniya çempionatında “Leyptsiq” klubudur. Bu komandalar “European Performance Spots” (Avropa göstərici dəyəri) adlanan siyahıda yer alacaq.Ümumilikdə 36 klubun iştirak edəcəyi növbəti mövsümdən turnir qrup formatında deyil, liqa formatında təşkil olunacaq.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin