Dünya

“Facebook” və “Instagram”da yaranan problem aradan qalxdı – YENİLƏNİB

“Facebook” və “Instagram”da yaranan problem aradan qalxıb. “SizinZaman” xəbər verir ki, artıq hesablara daxil olmaq mümkündürRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaranan problemlə bağlı açıqlama yayıb.Bildirilir ki, “Meta” şirkətinə məxsus “Facebook”, “Instagram” kimi beynəlxalq platformalara daxil olmada problem yaşanıb.Problem lokal deyil, qlobal xarakter daşıyıb.Şirkət hələlik problemlə bağlı rəsmi məlumat yaymayıb.*** 20:26Qırmızı dənizdə dörd “HGC Global Communications” kabeli zədələnib.”SizinZaman” xarici mediaya istinadən xəbər verir ki, Honq-Konqda yerləşən “HGC Global Communications” Qırmızı dənizin dibindəki dörd dənizaltı telekommunikasiya kabelinin kəsildiyini və bunun trafikin təxminən 25%-nə təsir etdiyini açıqlayıb. Şirkətdən zərəri azaltmaq üçün dünya üzrə trafikin istiqamətini dəyişdirmək və Qırmızı dənizdə hələ də aktiv olan 11 kabel vasitəsilə trafiki paylamaq üçün addımlar atıldığı bildirilib.Qeyd edək ki, təbii fəlakətlər və gəmiçilik səbəbindən hər il dünyada 200-ə qədər sualtı internet kabelləri zədələnir.*** 19:39″Facebook” və “Instagram” hesablarından kütləvi şəkildə çıxış halları baş verib.”Unikal” xəbər verir ki, problem Azərbaycanla yanaşı, bir çox dünya ölkələrində də müşahidə olunur.Sosial şəbəkələrdəki hesablara yenidən daxil olmaq istədikdə xəta baş verir..

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin