Dünya

ABŞ-də “TikTok”u qadağan edən qanun layihəsi hazırlanıb

ABŞ Konqresinin Nümayəndələr Palatasında “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlanıb.”SizinZaman” xarici KİV-ə istinadən xəbər verir ki, sənəd “Amerikalıları Xarici Düşmənlərin Nəzarətli Tətbiqlərindən Müdafiə Aktı” adlanır.Layihəni Viskonsin ştatından respublikaçı Mike Gallagher və İllinoys ştatından olan Demokrat Raca Krişnamurti təqdim edib. Bildirilir ki, “TikTok” sənəddə qeyd edildiyi kimi, ABŞ-nin milli təhlükəsizliyinə təhdid yaradır. Qanun layihəsi qəbul olunarsa, o zaman bu sosial şəbəkənin sahibi olan ByteDance-in “TikTok”u satmaq üçün təxminən beş ay vaxtı olacaq. Tətbiqin App Store və ya digər platformalar vasitəsilə ABŞ-də yayılması da qadağan olunacaq.”Bu qanun 170 milyon amerikalının Birinci Düzəliş hüquqlarını pozacaq və beş milyon kiçik biznesi platformasından məhrum edəcək”, – məlumatda deyilir. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin