“Toplum TV”in ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanovun evinə vəkil Şəhla Hümbətovanın buraxılmadığına və zorakılığa məruz qalmasına dair sosial şəbəkələrdə yayılan iddialarına aydınlıq gətirilib.DİN-in mətbuat xidmətindən “Unikal”a bildirilib ki, hər hansı zorakılıq halının olması ilə bağlı iddialar subyektiv mülahizələrdir:“Prosesə vəkilin dəvət olunmasının qarşısı alınmayıb. Əməliyyat-axtarış tədbirlərinin keçirildiyi ünvana vəkilin gecikməsi onun prosesdən kənarda qalmasına səbəb olub. Burada başqa xüsus yoxdur”.
Akif Qurbanovun vəkilinin iddialarına DİN-dən cavab
