İdman

Şevçenkonun oğlu Ukrayna millisində

Ukraynanın gənclərdən ibarət millisinin (U-19) AÇ-2024-ün seçmə mərhələsinin elit-raund oyunları üçün heyəti müəyyənləşib.

SizinZaman sözügedən ölkənin futbol assosiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, gənclər komandasının baş məşqçisi Dmitri Mixaylenko ilk dəfə olaraq hazırda “Uotford”da çıxış edən və bu yaxınlarda Ukrayna pasportu alan, UFA-nın prezidenti Andrey Şevçenkonun oğlu Kristianı da çağırıb.
 
Qeyd edək ki, Ukrayna elit-raundda İsveçrə, Şimali Makedoniya və Latviya ilə qarşılaşacaq. Mini-turnirin ev sahibi Şimali Makedoniya olacaq, kvartetin görüşləri martın 20-26-da Skopyedə baş tutacaq. Ukrayna ilk oyununu martın 20-də məhz meydan sahiblərinə qarşı keçirəcək.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata