Hollivud ulduzu Alek Bolduin “Rust” filminin çəkiliş meydançasında ukraynalı rejissor Qalina Hatçinsi silahla vurduqdan sonra dünyasını dəyişməsində təqsirli şəxs bəlli olub.”SizinZaman” xəbər verir ki, çəkiliş zamanı istifadə olunan silahlardan məsuliyyət daşıyan Rid adlı şəxs təqsirli hesab olunub. O, 18 ay müddətinə həbs olunub. Bununla yanaşı təqsirkar 5 min dollar cəza ödəyəcək.Alek isə iyulun 9-da hakim qarşısına çıxacaq, təqsirli hesab edillərsə, 18 ay həbs cəzası alacaq.Qeyd edək ki, 2021-ci il oktyabrın 21-də filmin prodüseri və baş rol ifaçısı Bolduin iki nəfəri – operator Qalina Hatçins və rejissor Coel Souzanı yaralayıb. 42 yaşlı Qalina aldığı xəsarətlərdən dünyasını dəyişib. 48 yaşlı direktor körpücük sümüyündən yaralanıb və bir müddət xəstəxanada yatıb və sağalıb.