Sumqayıt şəhərində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə bayram tədbiri keçirilib.Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid anaları və qazilər, şəhərdə müxtəlif sahələrində çalışan qadınlar iştirak edib.Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə qadınları təbrik edib, onlara xoş arzularını çatdırıb.Şəhər rəhbəri çıxışında bildirib ki, Azərbaycan qadınları tarixin bütün mərhələlərində öz şücaəti, ziyalılığı, cəsurluğu və möhkəm iradəsi ilə yalnız ailədə deyil, ictimai həyatda da xüsusi fəallıq göstərmiş, milli xüsusiyyətlərini, sədaqətliliyini və ülvi hisslərini qoruyub saxlamışlar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə ictimai həyatın bütün sahələrində qadınlar üçün bərabər imkanlar yaradılıb.Ölkəmizin sosial, mədəni, siyasi və iqtisadi cəhətdən dinamik inkişafı Azərbaycan qadınının cəmiyyətdə öz layiqli yerini tutması, öz potensialını reallaşdırması, həmçinin ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradır. Hazırda ölkəmizdə elə bir fəaliyyət sahəsi yoxdur ki, orada qadınlar təmsil olunmasın və uğur qazanmasın.Qeyd olunub ki, Sumqayıtın sosial-iqtisadi inkişafında və ictimai həyatında şəhər qadınlarının xidmətləri çox böyükdür. Respublikamızın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də qadınlar ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edir, öz töhfələrini verirlər.Sonra Zakir Fərəcov bir qrup qadına Fəxri fərmanlar təqdim edib.Rəsmi hissədən sonra tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı təqdim edilib.