Cəmiyyət

Dayanma-durma qaydalarını pozan sürücülər barədə tədbir görüldü

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı profilaktik tədbirlər keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “SizinZaman“a verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı ikinci cərgədə, avtobus dayanacaqlarında, səkilərdə, eləcə də müəyyən olunmayan digər yerlərdə avtomobillərini saxlayan sürücülər aşkar ediliblər.Onlara bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu izah edilib və barələrində inzibati protokollar tərtib olunub.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər