Rusiyanın baş naziri Mixail Mişustin müavinlərinə Rusiya-Azərbaycan danışıqlarında əldə olunmuş razılaşmaların icrasına nəzarət etməyi tapşırıb.”SizinZaman” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Baş nazir müavinləri ilə görüşdə martın 5-6-da Azərbaycana işgüzar səfərinin yekunlarından bəhs edib. Bundan sonra tərəflər birgə layihələr üzərində işi gücləndirmək və qarşılıqlı investisiyaların cəlb edilməsi üçün daha əlverişli şərait yaratmaq barədə razılığa gəliblər. Azərbaycan ərazisindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına xüsusi diqqət yetirilib.