Kriminal

Sabunçuda silahlı şəxslər saxlanıldı – 

Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.DİN-dən “SizinZaman“a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş, 1974-cü il təvəllüdlü Yədayi Tofiq üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan “Kalaşnikov-74” markalı avtomat, 1 ədəd patron darağı və 9 ədəd patron aşkar olunaraq götürülüb. T.Yədayi silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını bildirib.Faktla bağlı araşdırmalar davam etdirilir.Qeyd edək ki, Sabunçu RPİ-nin NMB-nin əməkdaşlarının bir müddət əvvəl həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah saxlayan 2 nəfər – Bağırov Rafiq və Vahabov Elxan da saxlanılıblar. Bu şəxslərdən isə ümumilikdə 2 ədəd “Makarov” tapançası, 2 ədəd patron darağı və 11 ədəd patron aşkar olunub.

0
0

Həmçinin baxa bilərsiniz

Kriminal

Olimpiya çempionunun məhkəməsində şahid: “Ərim yalan ifadə verməyim üçün mənə hədə-qorxu gəldi”

  • 26 Aprel 2023 - 14:53
Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə
Kriminal

Prokuror FHN-də intim videolar çəkən polkovnikə cəza istədi

  • 26 Aprel 2023 - 16:33
Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin