Ruslar martın 15-17-də keçiriləcək prezident seçkilərində iştirak etməlidirlər, çünki bu, yaxın illərdə Rusiyanın inkişafına təsir göstərəcək. “SizinZaman” xəbər verir ki, bunu Rusiyanın hazırkı lideri Vladimir Putin vətəndaşlara müraciətində deyib. Rusiya lideri videomüraciətində qeyd edib ki, birlikdə irəliləmək əzmini təsdiq etmək lazımdır: “Səsinizin hər biri dəyərli və əhəmiyyətlidir. Ona görə də sizi növbəti üç gündə səsvermə hüququnuzdan istifadə etməyə çağırıram”.O, Rusiyanın çoxmillətli xalqının böyük bir ailə olduğunu vurğulayıb: “Yalnız siz, Rusiya vətəndaşları, Vətənin taleyini müəyyənləşdirirsiniz. Siz sadəcə səs verməklə kifayətlənməməli, iradənizi və arzularınızı, Rusiyanın gələcək inkişafında şəxsi iştirakınızı qətiyyətlə bəyan etməlisiniz, çünki seçkilər gələcəyə bir addımdır”.