Rusiya bir sıra xarici ölkələrdə sıfırdan atom enerjisinin yaradılmasına kömək edir.”SizinZaman” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.Onun sözlərinə görə, Rusiya nüvə texnologiyaları üzrə dünya lideridir: “Bizim köməyimizlə xarici ölkələrdə nüvə enerjisi praktiki olaraq sıfırdan yaradılır, bütöv bir sənaye yaradılır, mütəxəssislər hazırlanır, ən ciddi ekoloji standartlara uyğun olaraq lazımi infrastrukturlar inkişaf etdirilir. Bu gün Rosatom yeddi ölkədə 22 enerji bloku tikir”, – deyə Rusiya lideri Leninqrad AES-in yeddinci enerji blokunun təməlqoyma mərasimində bildirib.