Moskva vaxtı ilə saat 22:00-a olan məlumata görə, bütövlükdə Rusiya Federasiyasında keçirilən prezident seçkilərində ölkə üzrə seçici fəallığı 36,09 faiz təşkil edib.”SizinZaman” xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Rusiyada növbəti prezident seçkilərində, Moskva vaxtı ilə saat 15:30 olan məlumata görə, 20,23 faiz fəallıq qeydə alınıb.”SizinZaman” xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.MSK-dan bildiriblər ki, 2,6 milyon seçici vaxtından əvvəl, yarım milyondan çox vətəndaş isə distant səs verib.Gün ərzində seçki məntəqələrinin bir neçəsində, o cümlədən Sankt-Peterburqda, Voronej, Rostov vilayətlərində seçki qutularına boya tökülməsi, Moskvada isə seçici kabinəsinin yandırılması faktları qeydə alınıb. Qanun pozucuları saxlanılıb. Onları 5 ilədək həbs cəzası gözləyir. Seçki məntəqələrinin mühafizəsi gücləndirilib.Xatırladaq ki, Rusiyada prezident seçkilərində dörd namizəd iştirak edir. Səsvermənin ilkin nəticələri martın 18-də elan olunacaq. Yeni seçiləcək prezidentin inaqurasiyası mayın 7-nə təyin olunub.