İdman

“Sabah” turun son oyununda “Sumqayıt”a qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.”SizinZaman” xəbər verir ki, son oyunda “Sumqayıt” “Sabah”ı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.Hesabı 25-ci dəqiqədə Anatoli Nuriyev açıb. Meydan sahiblərinin heyətində 62-ci dəqiqədə Murad Xaçayev avtoqol müəllifi olub. “Sumqayıt”da isə 84-cü dəqiqədə Eriq Sorqa fərqlənib.Bu nəticədən sonra xallarını 40-a çatdıran “Sabah” ikinci yerə yüksəlib. “Sumqayıt” 39 xalla beşinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 66 xalla “Qarabağ” başçılıq edir.Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Səbail”i 3:0, “Zirə” “Kəpəz”i 2:1, “Qarabağ” isə “Turan Tovuz”u 3:1 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” – “Qəbələ” matçı isə heç-heçə başa çatıb – 1:1.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata