Rusiyanın Belqorod şəhərində “Solovyov LIVE” kanalının jurnalisti İlya Korenev saxlanılıb.”SizinZaman” xəbər verir ki, bu barədə “Baza” teleqram kanalında məlumat yayılıb.Nəşrin məlumatına görə, 31 yaşlı Korenev Federal Təhlükəsizlik Xidmətinin (FTX) regional idarəsinin binasında çəkiliş apararkən saxlanılıb.Bildirilir ki, “Solovyov LIVE” operatoru yol polisi əməkdaşları tərəfindən saxlanılıb və hazırda onunla təhlükəsizlik xidmətinin əməkdaşları maraqlanır.