Hadisə

Şabranda qəzada xəsarət alanların adları – YENİLƏNİB

Şabran rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.”SizinZaman“ın məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Şabran rayonunun Sincanboyad kəndi ərazisindən keçən hissəsində “Tayota” markalı minik avtomobili, nasazlıq səbəbindən yolun kənarında dayanan “VAZ-21019” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində Şabran rayon sakinləri – 1977-ci il təvəllüdlü Rəhmanov Rahim Kamil oğlu,1997-ci il təvəllüdlü Seyidov Çingiz Qərib oğlu və 1982-ci il təvəllüdlü Osmanov Yaşar Həcbilə oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Faktla bağlı araşdırma aparılır. *** 23:47Şabranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.”Unikal” xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Şabran rayonunun Sincanboyad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.“Tayota” markalı minik maşını nasazlıq səbəbindən yolun kənarında dayanan “VAZ 21019” markalı avtomobillə toqquşub. Qəza nəticəsində yaralanan iki nəfər təcili tibbi yardım maşını ilə Şabran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.