Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Sosial Demokrat Partiyasının sədri Luiş Monteneqrunu ölkənin yeni Baş naziri təyin edib.
“SizinZaman” bu barədə TASS-a istinadən xəbər verir.Respublika Prezidenti martın 10-da Respublika Məclisinə (parlamentə) keçirilən seçkilərdə iştirak edərək deputat mandatı almış partiya və partiyaların koalisiyalarını dinlədiyindən, Demokratik Alyans isə mandat və səslərə görə seçkilərdə qalib gəldiyindən, Respublika Prezidenti Luis Monteneqrunu Baş nazir təyin etmək qərarına gəlib”, – dövlət başçısının mətbuat xidmətinin bəyanatında deyilir.