“Crocus City Hall”da törədilən terror aktı zamanı Azərbaycan vətəndaşı 100-dən çox insanı xilas edib. Belə ki, ofisiant Kamil Nəsibov zərərçəkmişləri sürüyərək təcili yardım maşınlarına çatdırıb, 80-ə yaxın insanı binanın çıxışına aparıb. O, təsadüfən fənəri yandırılmış telefonu tapıb və ona zəng edən zərərçəkmiş qız alovların içərisindən sağ çıxarılıb.”SizinZaman” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Crocus City Hall”da azı 100 nəfəri xilas edən azərbaycanlı Rusiya gündəmində
