“Crocus City Hall” konsert zalında baş vermiş terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb.”SizinZaman” xəbər verir ki, əslən qırğız olan Əlişir Qasımov Rusiya vətəndaşıdır. Moskva vilayətində fərdi sahibkarlıqla məşğul olan Qasımovun üç uşağı var. O iddia edib ki, cinayətkarlarla şəxsi münasibətləri olmayıb. Mənzilini onlara “Avito” elanlar servisi vasitəsilə kirayə verib.Beləliklə, “Crocus City Hall”da baş vermiş terrorla bağlı həbs edilənlərin sayı 8-ə çatıb.Son məlumata görə, terror aktı zamanı xəsarət almış 92 nəfər hazırda xəstəxanalarda müalicə alır. Onlardan 6 nəfəri uşaqdır. 9 nəfərin vəziyyəti olduqca ağır qiymətləndirilir.