Cəmiyyət

Bu verilişlərin yayım saatı azaldıldı

ARB TV-də yayımlanan 3 verilişin yayım saatı dəyişdirilib.”SizinZaman” xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.Məlumata görə, Elgiz Əkbərin aparıcısı olduğu “Elgizlə izlə” verilişi 14:00-16:30, Zümrüd Bədəlovanın aparıcısı olduğu “Xəbər ətər” verilişi 10:50-13:00, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişi isə 16:30-19:00-da yayımlanacaq.Bununla da sözügedən verilişlərin müddəti 2 saata yaxın azaldılıb. Xatırladaq ki, bundan əvvəl ATV telekanalında yayımlanan “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev də verilişinin vaxtının azaldıldığını açıqlayıb.Qeyd edək ki, bir müddət əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər