Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall” konsert zalına hücum edən terrorçuları məhkəmə tərəfindən təqsirli bilindikdən sonra son dərəcə ağır həbs şəraiti gözləyir.”SizinZaman” xəbər verir ki, bu barədə TASS-a Moskva İctimai Monitorinq Komitəsinin məsul katibi Aleksey Melnikov məlumat verib.”Terror aktı törədənləri yaxşı heç nə gözləmir.Ömürlərinin sonuna qədər onlar tabut deyilən yerdə (bu, 4-6 kv.m-lik kameradır) olacaqlar, sadəcə əyilmiş vəziyyətdə, əlləri arxada hərəkət etməli olacaqlar. Heç kəslə əlaqə saxlamayacaqlar. Böyük ehtimalla bir daha övladlarını görməyəcəklər. Ömürlük həbs qorxudur, ömürlük həbs cəzası alanlar görmüşəm, çoxu tez ölüm istəyir”, – deyə hüquq müdafiəçisi bildirib.