İdman

“Kəpəz” səfərdə “Araz-Naxçıvan”a qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.“SizinZaman”  xəbər verir ki, günün yeganə matçında “Araz-Naxçıvan” və “Kəpəz” üz-üzə gəlib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 16-cı dəqiqədə meydan sahiblərinin heyətindən Miço Kuzmanoviç açıb. 54-cü dəqiqədə Junior Martins tablodakı rəqəmləri bərabərləşdirib. Matçın yekun nəticəsini 62-ci dəqiqədə Mate Kvirkviya müəyyənləşdirib.

Bu nəticədən sonra “Araz-Naxçıvan” 32 xalla 8-ci, xallarını 30-a yüksəldən “Kəpəz” isə doqquzuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları aprelin 6-7-də keçiriləcək.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata