Dünya

Zelenski ABŞ Konqresinin nümayəndə heyəti ilə cəbhədəki vəziyyəti müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinin nümayəndə heyəti ilə ölkənin şimalındakı Çerniqov vilayətində görüşüb.

“SizinZaman” xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib.
“ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşdüm – hər iki partiya, Konqresin hər iki palatası təmsil olunurdu. Partnyorların Ukraynada, bölgələrimizdə baş verənləri şəxsən görmələri vacibdir. Dünən konqresmenlərlə məhz elə Çerniqov vilayətində görüşdüm”, – o bildirib.
V.Zelenskinin sözlərinə görə, o, tərəfdaşlarını cəbhə xəttindəki vəziyyət barədə məlumatlandırıb, həmçinin onlara Ukrayna ordusunun prioritet ehtiyacları və ukraynalı uşaqların Rusiyaya qanunsuz deportasiyasının miqyası barədə məlumat verib.
“ABŞ Konqresinin dövlətimizə gələcək dəstək haqqında qərar qəbul etməsinin həyati əhəmiyyət daşıdığını vurğuladım”, – o qeyd edib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin