İdman

İkardi “Qalatasaray”ın tarixinə DÜŞDÜ

“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi “sarı-qırmızılar”ın tarixinə düşüb.”SizinZaman” “NTV Spor”a istinadən xəbər verir ki, Mauro buna “Fənərbağça”ya qarşı Superkubok uğrunda oyunun 50-ci saniyəsində qol vurmaqla buna nail olub.

O, əzəli rəqiblərin derbisində ən erkən qolun müəllifi ünvanına sahib çıxıb. İkardi 1984-cü ildə “Fənərbağça”nın qapısına 55-ci saniyədə yol tapan Mirza Seydicin rekordunu yeniləyib.Qeyd edək ki, “Fənərbağça” sözügedən matçın 3-cü dəqiqəsində meydanı tərk edib və görüş yarımçıq dayandırılıb. Türkiyə Futbol Federasiyasının bu barədə qərarı yaxın müddətdə açıqlanacaq. 

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata