İŞİD terror qruplaşması Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından birində terror aktı törətməklə hədələyib.”SizinZaman” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, terrorçular silahlı şəxsin şəklini və bu həftə oyunların keçiriləcəyi 4 stadionun adını “Hamını öldür” yazısı ilə dərc ediblər.Onu da əlavə edək ki, “Real” – “Mançester Siti”, “Arsenal” – “Bavariya” matçları bu gün baş tutacaq. Aprelin 10-da isə “Atletiko Madrid” Dortmund “Borussiya”sı, PSJ isə “Barselona” ilə qarşılaşacaq.