Uncategorized

Dilarə Əliyeva niyə toy aparmır? – Səbəbini açıqladı

“Mən söz adamıyam. Mənim üçün söz tapılmış bir nemət, dür, zər cəvahiratdır”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva “Göstərir radio” proqramlıda qonaq olarkən deyib. Aktrisa ilk dəfə niyə toy aparıcılığı etməməsinə aydınlıq gətirib: 
“Mənim qarşımda yemək-içmək olduğu halda mütləq mənada daha çox yeməyə üstünlük verəcəyəm, diqqətim orada olacaq. Söz özü də ayrılıqda nemətdir. İki neməti bir araya sığışdırmaq olmaz. Cüneyt Arkının (red. – türkiyəli aktyor) bu yaxınlarda bir müsahibəsi keçdi əlimə. Deyir ki, mənim atam həyatda hər şeyə öz dəyərini verən adam idi. Musiqi ilə yeməyi eyni vaxtda etməzdi. Söyləyirdi ki, yeməyi ayrıca yeyim, musiqiyə də ayrıca qulaq asım, bu iki ləzzəti bir-birinə qarışdırmayım. Mən də o iki neməti bir-birinə qarışdıra bilmərəm. Mən söz danışım, o uçub-getsin havaya, kimsə orada dana basdırma yesin, kofe içsin. Heç bir maddiyyət mənim üçün sözdən o yana deyil”. 

0
0

Həmçinin baxa bilərsiniz

Uncategorized

Qazax sakinləri “Azəriqaz”a müraciət etdi – FOTOLAR

  • 25 Aprel 2023 - 21:32
SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Qazax rayonunda təşkil edilib. Aksiyaya ümumilikdə 20-yə yaxın sakin qatılıb ki, bunlardan da 16
Uncategorized

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Tərtər RİH-də əməliyyat: Saxlanılanın kimliyi bilindi – YENİLƏNİB

  • 01 Avqust 2023 - 10:33
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Tərtər Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan şəxsin kimliyi bilinib. “Report”