Cəmiyyət

Məhkəmə Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı QƏRAR VERDİ

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun 30 milyonluq əmlakının yenidən müsadirədən azad edilməsi ilə bağlı kassasiya şikayətinə baxılıb.”SizinZaman” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda tərəflərin çıxışı dinlənilib. Çovdarovla birgə əmlakı müsadirə edilmiş MTN-çi Səlim Məmmədov və “Vasmoy Bazar” kimi tanınan 8-ci kilometr bazarının keçmiş sahibi Çingiz Əsədov da kassasiya şikayəti vermişdi. Ç.Əsədov “Vasmoy Bazar”ın ona qaytarılmasını tələb edib.

Tahir Kazımovun sədrlik etdiyi məhkəmə heyətinin son qərarı belə olub ki, A.Çovdarov və S.Məmmədovun əmlaklarının (“Vasmoy bazar” da daxil olmaqla) müsadirəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarı əsaslı sübutlarla təsdiqini tapıb. Qərara əsasən bütün şikayətlər rədd edilib.Xatırladaq ki, 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması qərarı çıxarıb. Eyni Zamanda Səlim Məmmədovun da müsadirə edilmiş əmlakları özünə qayrarılıb. Sonradan prokurorun protesti əsasında Ali Məhkəmə sözügedən qərarı tamamilə ləğv edib. Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı Çovdarov və Məmmədovun üzərinə həbs qoyulmuş əmlaklarının dövlət nəfinə müsadirəsinə qərar verib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər