Cəmiyyət

Azərbaycanda pensiyaya çıxmaq asanlaşacaq

“Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliyə əsasən, vətəndaşlarımızın bir neçə pensiya hüququ yaranacaq. Qaynarinfo xəbər verir ki ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, vətəndaşların xüsusi pensiya hüququ, sosial kapitala görə yaranır.

“Belə olan halda onların pensiyası pro-aktiv olaraq müəyyən olunacaq, yəni elektron məlumatlar üzərindən müəyyənləşdiriləcək. Qanuna dəyişikliyin ikinci mühüm əhəmiyyəti ondan ibarətdir ki, prosedurlar azalır, elektronlaşma artır. Bu da imkan verəcək ki, həm pensiya təyinatında şəffaflığı artırmaq mümkün olsun, həm də elektron prosesdurlara əməl olunduğu üçün daha qısa zamanda vətəndaşın pensiya təminatı həyata keçirilsin. Yəni pensiya təyinatı üçün tələb olunan günlər və xərclər azalacaq. Vətəndaşlarımızın əksəriyyəti elektron sistem üzərindən pensiya təminatı əldə edə biləcəklər”, – deyə deputat əlavə edib. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində iyunun 7-də keçirilən plenar iclasında üçüncü oxunuşda qəbul edilib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər