Sverdlovsk vilayət məhkəməsi “The Wall Street Journal” qəzetinin jurnalisti Evan Qerşkoviçi cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə16 il müddətinə məhkum edib.
Qaynarinfo xəbər verir ki, bu barədə “İnsider” məlumat yayıb.O, casusluqda (maddə 275) təqsirli bilinib. Daha əvvəl prokurorluq ona 18 il həbs cəzası verilməsini istəyib. Müstəntiqlərin fikrincə, 2023-cü ilin martında Qerşkoviç MKİ-nin göstərişi ilə Sverdlovsk vilayətində “Uralvaqonzavod”un fəaliyyəti ilə bağlı məxfi məlumatlar toplayıb. O, martın 30-da Yekaterinburqda saxlanılıb və casusluqda və “dövlət sirri” təşkil edən məlumatların toplanmasında şübhəli bilinərək iki ay müddətinə həbs edilib.Həbs olunmazdan əvvəl Qerşkoviç rusiyalıların “Vaqner” özəl hərbi şirkətə münasibəti haqqında material hazırlayırdı. Yekaterinburqda o, yerli sakin Yaroslav Şirşikovdan müsahibə götürə bilib.Rusiya məhkəməsi “The Wall Street Journal”ın müxbirinə 16 il iş kəsdi
