Ukraynanın neft emalı zavodlarına silsilə hücumlarından sonra Rusiyanın yanacaq bazarı Aİ-95 benzini qıtlığı ilə üzləşib və bu səbəbdən ölkədə yanacaq hasilatı son iki ilin minimum səviyyəsinə düşüb.
SizinZaman xəbər verir ki, bu barədə “Moskov Tayms” nəşri məlumat yayıb.Qeyd edilib ki, çatışmazlıq səbəbindən Aİ-95-in qiyməti sürətlə artır və 20-21 iyul tarixlərində keçən ilin payızında baş verən yanacaq böhranı rekordlarına yaxınlaşıb.Sankt-Peterburq birjasında iyulun 19-da Aİ-95-in bir tonu 73 605 rubla çatıb ki, bu da yayın əvvəlindən 44% bahalaşma deməkdir.
Qeyd edək ki, daxili istehsala başlanılması səbəbindən Aİ-95 benzini 15 iyuldan Azərbaycanda 40 qəpik ucuzlaşıb.