Cəmiyyət

Nikah kağızın şəhadətnaməsinə görə doğum evinə buraxılmadı – Qanun nə deyir?

Bakıda nikah kağızı olmayan xəstəni doğum evinə buraxmayaıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb. 
Məlumatda bildirilir ki, dünyaya uşaq gətirməkdə olan qadın Bakıxanov qəsəbəsindəki doğum evinə aparılıb. Lakin qadını xəstəxananın qapısından içəri buraxmayıblar. 
Doğum evi qadından nikah haqqında şəhadətnamə tələb edib. Bildirib ki, nikah haqqında şəhadətnamə olmadan xəstə qəbul olunmayacaq. Xəstənin yaxınları nikah haqqında şəhadətnaməni gətirəndən sonra xəstəni xəstaxanaya götürüblər. 

Bu hal qanunvericiliklə necə tənzimlənir? Hüquq müdafiəçisi Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında qanunvericilikdə belə maddənin olmadığını bildirib:

“Belə məqamda qadın nikahda olub-olmamasının önəm daşımır. Bu xəstəxananın özbaşınalığıdır. İnsan haqlarının kobud şəkildə pozulmasıdır”.
Əkrəm Həsənov qeyd edib ki, sözü gedən xəstə hüquq-mühafizə orqanlarına şikayət edə bilər. 

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər