Xəbər verdiyimiz kimi, avqustun 18-i Masallı rayonunda ikimərtəbəli ev yanıb.
“SizinZaman” Unikal-a istinadla xəbər verir ki, yanan ev rayonun tanınmış həkimi 1955-ci il təvəllüdlü Vaqif Oruc oğlu Qurbanova məxsus olub.O, Masallı rayon RMX-nin həkim-baş terapevti, tibb üzrə fəlsəfə doktorudur (kardiologiya). Qeyd edək ki, hadisə vaxtı ümumi sahəsi 216 kv olan evin mansard (çardaq) hissəsindən başlayan alov əsasən evin 2-ci mərtəbəsini əhatə edib. Görülən tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb, alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb.